Uzunmüddətli Kreditlər

əsas fondların genişləndirilmiş təkrar istehsalına xərclənmək üçün müəssisə və təşkilatlara, habelə mənzil tikmək, təsərrüfat yaratmaq və başqa bu kimi məqsədlər üçün banklar tərəfindən əhaliyə verilir.
Uzunmüddətli Kapitalın Strukturu
Uzunmüddətli Kreditlər
OBASTAN VİKİ
Uzunmüddətli aktivlər
Uzunmüddətli atəş nöqtəsi
Uzunmüddətli atəş nöqtəsi (rus. Долговременная огневая точка, DOT, bəzən "uzunmüddətli müdafiə nöqtəsi" də deyilir) — uzunmüddətli müdafiə və qorunan otaqdan (döyüş qazamatı) müxtəlif atəş silahlarını atmaq üçün davamlı materiallardan hazırlanmış ayrı bir kiçik kapital istehkam binası. DOTlar əsasən monolitik və ya yığma dəmir-beton, məhlul əsaslı daş, möhkəmlətmə və zireh örtüklü dəmir kirişlərdən tikilir. Tamamilə metaldan hazırlanmış atəş nöqtəsinə zirehli başlıq deyilir. Monolitik dəmir-beton ən çox istifadə ediləndir. Bu quruluşdan möhkəmləndirilmiş sahə sistemində tək və ya bir çox ola bilər. Digər uzunmüddətli istehkam tikililəri kimi, DOT da hərbi qulluqçuları düşmən atəşinə məruz qalmaqdan qoruyur (güllə, qəlpə, mina, mərmi və hava bombası partlayışları) və qarnizona düşmən üzərinə bu nöqtələrdən qala topları və pulemyot qurğuları vasitəsilə atəş etməyə imkan verir. Torpağa batmış tanklar (köhnəlmiş və ya müstəqil hərəkət etmək qabiliyyəti olmayan) bəzən DOT kimi, həmçinin təməllərə quraşdırılmış tank qüllələri (tank qülləsi qutuları) kimi istifadə olunurdu.
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)

Значение слова в других словарях